Azərbaycan Türkiyəyə qaz tədarükünü təxminən 18 dəfə artırıb
- 17 aprel, 2024
- 09:21
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyəyə 1 milyard 605 milyon 550,8 min kubmetr təbii qaz ixrac edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Statistik məlumatlara görə, hesabat dövründə Türkiyəyə tədarük edilən Azərbaycan təbii qazının dəyəri 499 milyon 775,63 min ABŞ dolları təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi kəmiyyət ifadəsində 17,7 dəfə və ya 1 milyard 514 milyon 880,43 min kubmetr artıb. Dəyər ifadəsində artım 6,7 dəfə və ya 425 milyon 357,33 min ABŞ dolları olub.
Ümumilikdə, bu ilin ilk iki ayında Azərbaycan 1 milyard 459 milyon 774,04 min ABŞ dolları (2,9 dəfə çox) dəyərində ümumilikdə 3 milyard 953 milyon 658,45 min kubmetr (3,3 dəfə çox) təbii qaz ixrac edib.