Azərbaycan Türkiyəyə qaz nəqlini 23 %-dək azaldıb
- 30 iyun, 2022
- 12:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin aprel ayında Azərbaycan Türkiyəyə 733,92 milyon kubmetr təbii qaz ixrac edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, ötən ilin aprel ayı ilə müqayisədə 4,83 % azdır.
Bununla da aprel ayında Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub. Bununla da Türkiyənin ümumilkdə idxal etdiyi təbii qazın 18,04 %-i Azərbaycanın payına düşüb.
2022-ci ilin yanvar-aprel aylarında isə Türkiyə Azərbaycandan 3 milyard 39,34 milyon kubmetr təbii qaz idxal edib ki, bu da 2021-ci ilin ilk rübünün göstəriciləri ilə müqayisədə 22,6 % azdır.
Ümumilikdə isə bu ilin aprel ayında Türkiyə ümumilikdə 4 milyard 67,46 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2021-ci ilin eyni ayının göstəriciləri ilə müqayisədə 13,92 % azdır.
Apreldə Rusiya Türkiyəyə qaz ixracına görə lider olub. Apreldə Rusiyadan Türkiyəyə 1 milyard 882,3 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2021-ci ilin aprel ayı ilə müqayisədə 24,97 % azdır.
Apreldə ikinci yerdə İran qərarlaşıb. Bu ölkə apreldə Türkiyəyə 837,42 milyon kubmetr qaz nəql edib. Bu, 2021-ci ilin aprel ayı ilə müqayisədə 3,41 % azdır.
Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.