Azərbaycan Türkiyəyə gəmi yanacağının tədarükündə lider olub

Energetika
  • 30 aprel, 2024
  • 09:28
Azərbaycan Türkiyəyə gəmi yanacağının tədarükündə lider olub

Azərbaycan 2024-cü ilin yanvar-fevral aylarında Türkiyəyə 23 min 421,86 ton gəmi yanacağı ixrac edib.

“Report” bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) məlumatlarına istinadən xəbər verir.

Hesabat dövründə 7 ölkədən (Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan, İtaliya, İsrail və Portuqaliya) tədarüklər həyata keçirilib. Bu tədarüklərin ümumi həcmi 37 min 811,64 ton təşkil edib.

Türkiyəyə gəmi yanacağının tədarükünün ümumi həcmində Azərbaycanın payı 62 % təşkil edib.

2024-cü ilin fevral ayında Azərbaycandan gəmi yanacağı tədarükü 9 min 639,87 tonolub ki, bu da Türkiyəyə ümumi tədarükün 47 %-ni təşkil edir.

Ümumilikdə bu dövrdə Türkiyəyə 20 min 537,04 ton gəmi yanacağı tədarük olunub (2023-cü ilin fevral ayı ilə müqayisədə 1,66 % çox). Təchizat Rusiya, İtaliya, İsrail, Azərbaycan və Türkmənistandan edilib.

44 - Tezliklə