Azərbaycan Türkiyəyə əlavə qaz tədarük edir

Energetika
  • 08 fevral, 2022
  • 14:38
Azərbaycan Türkiyəyə əlavə qaz tədarük edir

Türkiyənin müvafiq müraciətinə əsasən Azərbaycan bu ölkəyə əlavə qaz tədarükünə başlayıb.

“Report”a SOCAR-dakı mötəbər mənbə bildirib ki, əlavə qaz “Azerbaijan Gas Supply Company” (AGSC) tərəfindən qonşu ölkəy nəql ediləсək.

Qeyd edək ki, İrandan qaz nəqlinin azalması ilə əlaqədar Türkiyə hökuməti Azərbaycandan qaz tədarükünü artırmasını istəyib.

“"Əlavə qaz həcmləri  yanvarın son həftəsindən nəql olunmağa başlayaraq fevralın 20-dən davam edəcək”, - mənbə qeyd edib. Qaz Ərdəhan əyalətindəki Türközü buraxılış məntəqəsi üzərindən tədarük olunur.

Bununla yanaşı, Türkiyə TANAP vasitəsilə gündəlik 17 milyon kubmetr, Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə bir neçə milyon kubmetr, habelə Rusiya istiqamətindən “Türk axını” boru kəməri ilə 44 milyon kubmetr, “Mavi axın”la isə 47 milyon kubmetr qaz idxal edir.

İrandan qaz idxalı ilə bağlı yaranan problemlər texniki səciyyəlidir. Türkiyə İrandan gündəlik 25-28 milyon kubmetr qaz idxal edirdi.

İllik qaz istehlakı 60 milyard kubmetrə yaxın olan Türkiyə Azərbaycan, İran, Rusiyadan boru kəmərləri vasitəsilə, Əlcəzair, Yaxın Şərq ölkələri, ABŞ-dan isə LNG şəklində qaz idxal edir.

L.Y.

Son xəbərlər

Bütün Xəbər Lenti