Azərbaycan şəraiti çətin olan quyularda işləmək üçün Tümendən avadanlıq gətirəcək

Azərbaycan şəraiti çətin olan quyularda işləmək üçün Tümendən avadanlıq gətirəcək Neft-qaz sənayesi üçün xüsusi texnika və avadanlıq istehsalı ilə məşğul olan Azərbaycanın Azneftmaş zavodunun və Global Energy Azerbaijan neft şirkətinin rəhbərliyi Azərbaycan sənaye müəssisələrinin nümayəndələri ilə birlikdə işgüzar missiya ilə Rusiyanın Tümen şəhərində olub.
Energetika
26 Sentyabr , 2019 12:21
Azərbaycan şəraiti çətin olan quyularda işləmək üçün Tümendən avadanlıq gətirəcək

Neft-qaz sənayesi üçün xüsusi texnika və avadanlıq istehsalı ilə məşğul olan Azərbaycanın "Azneftmaş" zavodunun və "Global Energy Azerbaijan" neft şirkətinin rəhbərliyi Azərbaycan sənaye müəssisələrinin nümayəndələri ilə birlikdə işgüzar missiya ilə Rusiyanın Tümen şəhərində olub.

"Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Tümen vilayətinin İnvestisiya Siyasəti və Sahibkarlığa Dövlət Dəstəyi Departamentindən qonaqların ixrac yönümlü "QMS-Neftemaş" və "Schlumberger Tümen nasosları" zavodlarını ziyarət etdikləri bildirilib.

Missiya çərçivəsində "Azneftmaş" ilə "Schlumberger Tümen nasosları" arasında elektrikli sualtı quyu nasoslarının və ehtiyat hissələrinin Azərbaycana ixrac edilməsi barədə razılıq əldə olunub. Tərəfdaşlar artıq ilkin sifarişi rəsmiləşdirib və Azərbaycana mal tədarükünün logistikasını qurublar.

Qeyd edək ki, "Schlumberger Tümen nasosları" zavodu 2005-ci ildə Tümendə fəaliyyətə başlayıb və hazırda çətin iş şəraiti olan quyularda işləmək üçün nəzərdə tutulmuş elektrikli sualtı nasosların, habelə üfüqi nasos sistemlərinin istehsalı üzrə ixtisaslaşıb.

Son xəbərlər

Orphus sistemi