Yuxarı

Azərbaycan təyyarə yanacağının ixracını 34% artırıb

Bununla yanaşı, SOCAR avtomobil benzini və dizel yanacağının ixracını artırıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin dekabr ayında 99 ton avtomobil benzini, 106,205 min ton dizel yanacağı, 20,618 min ton təyyarə yanacağı və 119 ton soba mazutu ixrac edib. SOCAR-dan "Report"a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac edilən avtomobil benzininin həcmi 90,4%, dizel yanacağı 40,5%, təyyarə yanacağı 34% artıb.

Ümumilikdə 2014-cü il ərzində avtomobil benzininin ixracı 33,8% azalaraq 9,432 min ton, dizel yanacağının ixracı 10,3% artaraq 992,725 min ton, təyyarə yanacağının ixracı 49,8% artaraq 196,729 min ton təşkil edib, soba mazutunun ixrac həcmi isə dəyişməyib və 657 ton olub.

Əvvəlki ilin dekabr ayına nisbətən isə 2014-cü ilin son ayında dünya bazarında etilləşdirilmiş benzinin 1 ton üçün qiyməti 40,8% ucuzlaşaraq 563,85 dollar, təyyarə yanacağı - 38,3% ucuzlaşaraq 608,02 dollar, dizel yanacağı 40,2% azalaraq 555,23 dollar, 1% kükürdlü mazutun qiyməti 47,4% ucuzlaşaraq 323,98 dollar təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi