Azərbaycan təbii qaz ixracını 6 %-ə yaxın artırıb

Energetika
  • 20 may, 2025
  • 09:44
Azərbaycan təbii qaz ixracını 6 %-ə yaxın artırıb

Bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 8 milyard 160 milyon 029,89 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 3 milyard 065 milyon 562,12 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 5,9 %, dəyəri isə 11,1 % çoxdur.

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 34,9 % olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,5 %, idxal isə 48,8 % artıb.