Azərbaycan təbii qaz ixracını 4 %-dən çox artırıb

Energetika
  • 18 avqust, 2025
  • 15:42
Azərbaycan təbii qaz ixracını 4 %-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 14 milyard 409 milyon 695,04 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 5 milyard 269 milyon 112,72 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2024-cü ilin ilk 7 ayı ilə müqayisədə 4,1 %, dəyəri isə 10,8 % çoxdur.

Hesabat ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 34,60 % olub.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,4 % azalıb, idxal isə 26,15 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti