Azərbaycan təbii qaz ixracını 30 %-dən çox artırıb
- 18 dekabr, 2023
- 12:32
Bu ilin yanvar-noyabr ayları ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 24 milyard 379 milyon 905,36 min kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Məlumata görə, bu ilin yanvar-noyabr aylarında Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 12 milyard 775 milyon 689,97 min ABŞ dolları təşkil edib.
Hesabat dövrü ərzində ixrac edilən təbii qazın həcmi 2022-ci ilin ilk 11 ayındakı dövründən 30,74 % çox, dəyəri isə 13,72 % azdır.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 40,54 % olub.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 47 milyard 326 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 11 aylıq xarici ticarət dövriyyəsinin 31 milyard 513 milyon ABŞ dolları ixracın, 15 milyard 813 milyon ABŞ dolları isə idxalın payına düşüb.