Azərbaycan təbii qaz ixracını 14 % artırıb

Azərbaycan təbii qaz ixracını 14 % artırıb Bu ilin 11 ayında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,1 % çox, yəni 10 mlrd kubmetr qaz ixrac edilib.
Energetika
170
21 Dekabr , 2020 14:45
Azərbaycan təbii qaz ixracını 14 % artırıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın xaricə qaz satışı 12 mlrd kubmetr təşkil edib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin 11 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 % çoxdur.

Bu ilin 11 ayında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,1 % çox, yəni 10 mlrd kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 2 mlrd kubmetr olub.

Qeyd edək ki, Türkiyəyə təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə çatdırılır. Gürcüstana isə Bakı-Tbilisi-Ərzurum və Qazıməmməd-Qazax kəmərləri vasitəsilə nəql olunur.

Son xəbərlər

Orphus sistemi