Azərbaycan Sloveniyaya aviasiya yanacağı ixracını bərpa edib

Energetika
  • 30 may, 2024
  • 12:22
Azərbaycan Sloveniyaya aviasiya yanacağı ixracını bərpa edib

Bu ilin yanvar-mart aylarında Azərbaycan 11,42 milyon ABŞ dolları dəyərində 10 min 334 ton aviasiya yanacağı ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 23 % azdır.

Hesabat dövründə Azərbaycan Lüksemburqa 4,52 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % azdır) 4 min 512 ton (-18 %), Rusiyaya 2,22 milyon ABŞ dolları dəyərində (-3 %) 1 min 670 ton (-9 %), Türkiyəyə 1,25 milyon ABŞ dolları dəyərində (+9 %) 1 min ton (+10 %), Gürcüstana 849 min ABŞ dolları dəyərində (-65 %) 1 min ton (-65 %), Macarıstana 637 min ABŞ dolları dəyərində (+3 dəfə) 510 ton (+3 dəfə) yanacaq satıb.

Azərbaycan 4 il 1 aylıq aradan sonra Sloveniyaya (4,22 min ABŞ dolları dəyərində 3,25 ton) aviasiya yanacağının tədarükünü bərpa edib.

44 - Tezliklə