Bakı. 12 sentyabr. REPORT.AZ/ Qırğız Respublikasında “Kok-Moynok” boz kömür yatağının “Taldı-Bulak” sahəsinin işlənilməsi üzrə hərrac keçirilir. "Report" Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AzPromo) istinadən xəbər verir ki, ölkədə fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr hərracda iştiraka dəvət olunur. Hərrac barədə daha ətraflı məlumat Qırğızıstanın Geologiya və Mineral Ehtiyatlar Komitəsinin rəsmi səhifəsində yerləşdirilib.
Bundan başqa, Şri-Lankanın Milli Ticarət Palatası Şri-Lankanın ixrac, idxal və birgə müəssisələri ilə bağlı məlumatı təqdim edərək Azərbaycan şirkətlərini birgə əməkdaşlığa dəvət edir.