Azərbaycan Sinqapur və BƏƏ-dən polietilen alışını bərpa edib
- 18 oktyabr, 2023
- 07:09
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 113,3 milyon ABŞ dolları dəyərində 109 min 336 ton polietilen ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11,5 %, kəmiyyət olaraq – 44 % çoxdur.
Azərbaycan Rusiyaya 63,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 96 % çoxdur) 48 min 998 ton (+2,5 dəfə), Türkiyəyə 26,1 milyon ABŞ dolları dəyərində (-20 %) 31 min 995 ton (+25 %), Çinə 17,82 milyon ABŞ dolları dəyərində (-16 %) 22 min 568 ton (+13 %), Ukraynaya 2,83 milyon ABŞ dolları dəyərində (+2,6 %) 3 min 87 ton (+60 %), Özbəkistana 1,13 milyon ABŞ dolları dəyərində (-30 %) 1 min 170 ton (-2,3 %) məhsul satıb.
Hesabat dövründə Azərbaycana 48,2 milyon ABŞ dolları dəyərində (+26 %) 39 min 144 ton (+49 %) polietilen idxal edilib.
Azərbaycan İrandan 27,9 milyon ABŞ dolları dəyərində (+4,2 %) 24 min 198 ton (+22,4 %), Səudiyyə Ərəbistanından 8,7 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 7 min 638 ton (+2,6 dəfə), Amerika Birləşmiş Ştatlarından 3,51 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 2 min 221 ton (+3,1 dəfə), Rusiyadan 2,8 milyon ABŞ dolları dəyərində (+2,7 dəfə) 2 min 510 ton (+3,9 dəfə), Koreyadan 2,2 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 809 ton (+2,3 dəfə) məhsul alıb.
Azərbaycan 2 il 10 aylıq fasilənin ardından Sinqapurdan (2,2 min ABŞ dolları dəyərində 1,1 ton) və 1 il 2 aylıq aradan sonra Birləşmiş Ərəb Əmirliklərindən (29,2 min ABŞ dolları dəyərində 24,75 ton) tədarükü bərpa edib.