Azərbaycan Serbiyaya satdığı neftin həcmini və dəyərini açıqlayıb

Energetika
  • 21 oktyabr, 2024
  • 10:33
Azərbaycan Serbiyaya satdığı neftin həcmini və dəyərini açıqlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Serbiyaya 241 min 179,61 ton xam neft ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən xəbər verir.

Bildirilir ki, bu miqdarda məhsulun dəyəri 151 milyon 905,17 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycan bu ilin aprel ayından etibarən Serbiyaya xam neft ixracına başlayıb. Apreldə ilk dəfə olaraq Azərbaycandan bu ölkəyə 17 milyon 516,4 min ABŞ dolları dəyərində 31 min 558,85 ton neft tədarük olunub.

Bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 11 milyard 8 milyon 329,94 min ABŞ dolları dəyərində 17 milyon 608 min 860,22 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti