Azərbaycan Rusiyaya elektrik naqil ixracını 82 dəfə artırıb

Energetika
  • 01 sentyabr, 2024
  • 11:33
Azərbaycan Rusiyaya elektrik naqil ixracını 82 dəfə artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 5,98 milyon ABŞ dolları dəyərində 1 min 392 ton elektrik naqili (1 000 V-dan çox olmayan/çox gərginlik üçün) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,2 % çoxdur, kəmiyyət olaraq –3,5 % azdır.

Hesabat dövründə Azərbaycan Gürcüstana 2,27 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 59 % çoxdur) 683 ton (+52 %), Ukraynaya 1,96 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 488 ton (+2,8 dəfə), Rusiyaya 635 min ABŞ dolları dəyərində (+58 dəfə) 14,1 ton (+82 dəfə), Fələstinə 260 min ABŞ dolları dəyərində 95 ton (bir il əvvəl tədarük olmayıb), Tacikistana 238 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 41 ton (+2,3 dəfə) məhsul satıb.

2023-cü ildə Azərbaycana idxal edilmiş 3 min 573 ton elektrik naqilin 36,8 %-i Gürcüstanın, 32,9 %-i Belarusun, 20,6 %-i Ukraynanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti