Azərbaycan Rusiyadan neft tədarükünün həcmini açıqlayıb

Energetika
  • 25 yanvar, 2024
  • 10:25
Azərbaycan Rusiyadan neft tədarükünün həcmini açıqlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan Rusiyadan 1 milyon 168 min 657,8 ton xam neft idxal edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rusiyadan Azərbaycana ixrac edilən neftin dəyəri 646 milyon 061,26 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin 11 ayı ilə müqayisədə həcm baxımından 1 milyon 84 min 272,34 ton və ya 13,8 dəfə, məbləğ baxımından isə illik müqayisədə 582 milyon 025,8 min ABŞ dolları və ya 10,1 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan ümumilikdə 994 milyon 035,12 min ABŞ dolları dəyərində 1 milyon 782 min 452,42 ton xam neft idxal edib. Bu da 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə məbləğ baxımından 683 milyon 941,78 min ABŞ dolları və ya 3,2 dəfə, həcm baxımından isə 1 milyon 348 min 455,9 ton və ya 4,1 dəfə çoxdur.

Xatırladaq ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 27 milyon 695,4 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 27 milyon 597,8 min tonu əmtəəlik xam neftin payına düşüb. Hesabat dövründə neft hasilatı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7,4 % (əmtəəlik neftin həcmləri isə 7,5 %) azdır.