Azərbaycan Rusiyadan neft idxalını 3 dəfə azaldıb
- 02 aprel, 2024
- 10:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan Rusiyadan 27 min 617,99 ton xam neft idxal edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Rusiyadan Azərbaycana ixrac edilən neftin dəyəri 15 milyon 436,58 min ABŞ dolları təşkil edib.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 55 min 944,93 ton və ya 3,03 dəfə, məbləğ baxımından isə 31 milyon 461,91 min ABŞ dolları və ya 3,04 dəfə azdır.
Bu ilin yanvar ayında Azərbaycan bütün xam neft həcmlərini Rusiyadan idxal edib. Bu göstərici ötəl ilki həcmlərlə müqayisədə 160 min 959,52 ton və ya 6,8 dəfə azdır. Məbləğ baxımından isə ölkəyə idxal edilən ümumi neft həcmlərinin dəyəri illik müqayisədə 94 milyon 272,97 min ABŞ dollar və ya 7,1 dəfə azdır.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan Rusiyadan 729 milyon 263,74 min ABŞ dolları dəyərində 1 milyon 303 min 999,1 ton xam neft idxal edib.
Bu, 2022-ci illə müqayisədə həcm baxımından 1 milyon 104 min 396,3 ton və ya 6,6 dəfə, məbləğ baxımından isə 597 milyon 910,81 min ABŞ dolları və ya 5,5 dəfə çoxdur.