​Azərbaycan Rusiya və OPEK danışıqlarının uğurla nəticələnməsində maraqlıdır

​Azərbaycan Rusiya və OPEK danışıqlarının uğurla nəticələnməsində maraqlıdır Səfir: "Bakı neftin qiymətlərinin artmasında maraqlıdır"
Energetika
2 Fevral , 2016 08:21
​Azərbaycan Rusiya və OPEK danışıqlarının uğurla nəticələnməsində maraqlıdır

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Rusiya və OPEK-in neft istehsalının azaldılması və onun qiymətinin stabilləşdirilməsinə dair razılıq əldə edə bilməsində maraqlıdır.

"Report" xəbər verir ki, bunu "Sputnik"ə Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanov bildirib.

"Biz neftin qiymətlərinin necə qalxdığının şahidi olmaq istərdik. Bu bizim marağımızdadır. Əgər Rusiya və OPEK nəticə əldə edə bilsə, bu möhtəşəm olacaq", - deyə Süleymanov qeyd edib.

Səfir bildirib ki, Azərbaycan Rusiya və OPEK arasında aparılacaq danışıqların nəticələrini görməkdə maraqlıdır.

Rusiyanın energetika naziri Aleksandr Novak bildirmişdi ki, fevralda OPEK-in planlaşdırılmış görüşündə hər bir ölkə tərəfindən hasilatın 5 faiz həddində azaldılması müzakirə mövzusu ola bilər.