Azərbaycan Rumıniyaya sürtkü yağları ixrac etməyə başlayıb
- 18 yanvar, 2024
- 12:22
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 141,4 milyon ABŞ dolları dəyərində 84 min 937 ton sürtkü yağları idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 42 % çoxdur.
Azərbaycan Rusiyadan 41,22 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 42 % çoxdur) 53 min 598 ton (+2,2 dəfə), Türkiyədən 39,31 milyon ABŞ dolları dəyərində (+21 %) 14 min 155 ton (+18 %), Almaniyadan 24,7 milyon ABŞ dolları dəyərində (+26 %) 5 min 732 ton (+11 %), Belçikadan 7,12 milyon ABŞ dolları dəyərində (+27 %) 1 min 876 ton (+8 %), Cənubi Koreyadan 4,7 milyon ABŞ dolları dəyərində (+96 %) 1 min 725 ton (+2,5 dəfə) məhsul alıb.
Hesabat dövründə Azərbaycandan 46,8 milyon ABŞ dolları dəyərində (+51 %) 41 min 338 ton (+64 %) sürtkü yağları ixrac edilib.
Azərbaycan Türkiyəyə 9,1 milyon ABŞ dolları dəyərində (-17 %) 8 min 252 ton (-30 %), Ukraynaya 8,7 milyon ABŞ dolları dəyərində (+73 %) 7 min 996 ton (+2,1 dəfə), Gürcüstana 6,9 milyon ABŞ dolları dəyərində (+4,5 dəfə) 7 min 152 ton (+5,9 dəfə), Bolqarıstana 5,16 milyon ABŞ dolları dəyərində (+9,8 dəfə) 5 min 629 ton (+15,3 dəfə), İraqa 4,24 milyon ABŞ dolları dəyərində (+24 %) 3 min 122 ton (+37 %) məhsul satıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Rumıniyaya (169 min ABŞ dolları dəyərində 100 ton) tədarük həyata keçirilib.