Azərbaycan Rumıniyaya I rübdə neft ixracını 2,5 dəfəyə yaxın artırıb

Energetika
  • 18 aprel, 2025
  • 14:42
Azərbaycan Rumıniyaya I rübdə neft ixracını 2,5 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Rumıniyaya 403 min 928,34 ton xam neft ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 224 milyon 820,31 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk rübü ilə müqayisədə 2,4 dəfə, dəyəri isə 2,4 dəfə çoxdur.

Rumıniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 6,72 % olub.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 3 milyard 336 milyon 653,5 min ABŞ dolları dəyərində 6 milyon 11 min 561,25 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat rübündə Azərbaycan xarici ölkələrlə 12 milyard 48,87 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 6 milyard 385,9 milyon ABŞ dolları ixracın, 5 milyard 662,97 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti