Elmar Məmmədyarov: "Azərbaycan qazını 2020-ci ilədək Yunanıstan və İtaliyaya çatdırmaq üçün lazımi işlər görülüb"

Elmar Məmmədyarov: "Azərbaycan qazını 2020-ci ilədək Yunanıstan və İtaliyaya çatdırmaq üçün lazımi işlər görülüb" “Cənubi Qaz Dəhlizi strateji layihədir. Azərbaycan qazını 2020-ci ilədək Yunanıstan və İtaliyaya çatdırmaq üçün lazımi işlər görülüb.
Energetika
14 May , 2019 13:44
Elmar Məmmədyarov: Azərbaycan qazını 2020-ci ilədək Yunanıstan və İtaliyaya çatdırmaq üçün lazımi işlər görülüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov / Report/ Firi Salim

“Cənubi Qaz Dəhlizi strateji layihədir. Azərbaycan qazını 2020-ci ilədək Yunanıstan və İtaliyaya çatdırmaq üçün lazımi işlər görülüb".

“Report” xəbər verir ki, bunu Brüsseldə "Şərq Tərəfdaşlığı" Proqramının onilliyinə həsr olunan Yüksək Səviyyəli Konfrans çərçivəsində keçirilən “Şərq Tərəfdaşlığının 10 illiyi: Konkret nəticələrlə bağlı nailiyyət və təhdidlər” adlı paneldə nitq söyləyən xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

“Cənub Qaz Dəhlizi layihənin sonu deyil, bir qolunu da Balkanlara çəkmək nəzərdə tutulur. Bu məsələ də hələlik həllini tapmayıb”, – nazir deyib.

O, Azərbaycanın uğurla həyata keçirdiyi başqa irimiqyaslı infrastruktur layihələrindən danışaraq, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən söz açıb.

“Bakı-Tbilisi-Qars Şərq ilə Qərbi qovuşdurub. Gün gələcək bizim indiki gənclər Bakıda qatara minib Stokholma gedə biləcəklər. Bu da insanlar arasındakı təmasları artırmaq deməkdir”, – E.Məmmədyarov xüsusi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi