Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasının gündəliyi açıqlanıb

Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasının gündəliyi açıqlanıb Bakı. 29 oktyabr. REPORT.AZ/ Oktyabrın 31-də Astanada Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçiriləcək.
Energetika
29 Oktyabr , 2018 14:31
Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasının gündəliyi açıqlanıb
0 : 00
0 : 00

Bakı. 29 oktyabr. REPORT.AZ/ Oktyabrın 31-də Astanada Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçiriləcək.

Azərbaycan Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, iclasda Hökumətlərarası Komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək.

Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət-iqtisadi, yanacaq-energetika, nəqliyyat, logistika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, mədəniyyət, təhsil, ətraf mühitin mühafizəsi, gənclər və idman, dövlət qulluğu, əqli mülkiyyət sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib.

Həmçinin Hökumətlərarası Komissiyanın 2017-ci il dekabrın 7-də Bakıda keçirilmiş 14-cü iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülmüş işlər, eləcə də ikitərəfli sərgi və biznes-forumların təşkili, müqavilə-hüquqi bazanın inkişafı və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək.

Eyni zamanda, 2017-ci ilin aprel ayında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, hər iki ölkənin idxal-ixrac imkanlarından geniş istifadə ilə bağlı verilmiş tapşırıqlar əsasında hazırlanan və 2018-2020-ci illəri əhatə edən Strateji yol xəritəsi üzrə ötən dövr ərzində görülən işlər müzakirə ediləcək.

Gündəlikdəki məsələlərin müzakirəsinin yekunu olaraq Protokol imzalanacaq.

Son xəbərlər

Orphus sistemi