Azərbaycan ötən il 7,9 mlrd. kubmetr qaz ixrac edib

Azərbaycan ötən il 7,9 mlrd. kubmetr qaz ixrac edib Bakı. 17 yanvar. REPORT.AZ/ 2018-ci il ərzində Azərbaycan 7,9 mlrd. kubmetrdən çox təbii qaz ixrac edib.
Energetika
17 Yanvar , 2019 13:07
Azərbaycan ötən il 7,9 mlrd. kubmetr qaz ixrac edib

Bakı. 17 yanvar. REPORT.AZ/ 2018-ci il ərzində Azərbaycan 7,9 mlrd. kubmetrdən çox təbii qaz ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu miqdarda təbii qazın dəyəri 1,499 mlrd. ABŞ dollarından çox olub.

Ötən il təbii qaz ixracının Azərbaycanın ümumi ixracında payı 7,71% təşkil edib.

2018-ci ildə ixrac edilən təbii qazın miqdarı 2017-ci ildən 4,7%, dəyəri isə 25,5% çox olub.

Son xəbərlər

Orphus sistemi