Azərbaycan qaz ixracını 40 %-dək artırıb

Energetika
  • 15 fevral, 2022
  • 07:54
Azərbaycan qaz ixracını 40 %-dək artırıb

2021-ci il ərzində Azərbaycanın xarici ölkələrə qaz satışı 18,9 milyard kubmetr təşkil edib.

“Report”un məlumatına görə, bu barədə Energetika Nazirliyi tərəfindən 2021-ci ildə görülmüş işlərə dair hesabatda deyilir.

Hesabata görə, bu, 2020-ci illə müqayisədə 39,8 % çoxdur.

Belə ki, 2021-ci il ərzində Türkiyəyə 8,5 milyard kubmetr qaz nəql edilib ki, bu da bir il əvvələ nisbətən 23,5 % azdır.

Ötən il ərzində Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 5,6 milyard kubmetr qaz nəql edib ki, bu da 2020-ci illə müqayisədə 20,1 % çoxdur.

İl ərzində Avropaya 8,2 milyard kubmetr qaz ixrac edilib. Həmçinin, Gürcüstana 2,2 milyard kubmetr qaz nəql edilib ki, bu da 2020-ci illə müqayisədə 3,9 % azdır.

Bundan başqa, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri sisteminə texnoloji istifadə üçün 0,1 milyard kubmetr qaz vurulub ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,6 % azdır.

Son xəbərlər

Bütün Xəbər Lenti