Yuxarı

Azərbaycan Prezidenti Qaz İxrac edən Ölkələrin Forumunun baş katibini qəbul edib - YENİLƏNİB

Azərbaycan Boliviyada keçiriləcək Qaz İxrac edən Ölkələrin Forumunun sammitinə dəvət olunub

*** 11:00

Bakı. 30 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adelini qəbul edib.

“Report”un xəbərinə görə, Seyid Məhəmməd Hüseyn Adeli bundan əvvəl Prezident İlham Əliyev ilə keçirdiyi görüşü xatırlayaraq Azərbaycanın Qaz İxrac edən Ölkələrin Forumunda müşahidəçi üzv olmasını məmnunluqla qeyd edib. Qonaq məlumat verib ki, gələn il Boliviyada Qaz İxrac edən Ölkələrin Forumunun sammiti keçiriləcək və Azərbaycan bu tədbirə dəvətlidir.

Dövlət başçısı son illərdə Azərbaycanın energetika sahəsində, o cümlədən qaz yataqlarının işlənilməsində önəmli hadisələrin baş verdiyini vurğulayıb. Bildirilib ki, “Şahdəniz-2” layihəsində işlər uğurla gedir və qarşıdakı illərdə Azərbaycanda qaz hasilatının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Prezident İlham Əliyev qeyd etdi ki, yaxın gələcəkdə “Abşeron” layihəsi üzrə qaz istehsalının başlanması gözlənilir. Beləliklə, Azərbaycan gələcəkdə qaz ixracı imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Söhbət zamanı qaz və energetika bazarlarındakı tendensiyalar, Azərbaycanın Qaz İxrac edən Ölkələrin Forumu ilə əməkdaşlığı və bu imkanlardan istifadə etməklə qaz ixracının səmərəliliyinin artırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi