Azərbaycan Prezidenti: “Cənub Qaz Dəhlizini vaxtında təhvil verəcəyik”

Azərbaycan Prezidenti: “Cənub Qaz Dəhlizini vaxtında təhvil verəcəyik” Bakı. 8 fevral. REPORT.AZ/ “Biz indi nəhəng enerji layihələrini icra edirik. Bu da qarşıda duran əsas vəzifələrdən biridir. Biz Cənub Qaz Dəhlizini vaxtında təhvil verməliyik, bunu edəcəyik”.
Energetika
8 Fevral , 2018 15:54
Azərbaycan Prezidenti: “Cənub Qaz Dəhlizini vaxtında təhvil verəcəyik”

Bakı. 8 fevral. REPORT.AZ/ “Biz indi nəhəng enerji layihələrini icra edirik. Bu da qarşıda duran əsas vəzifələrdən biridir. Biz Cənub Qaz Dəhlizini vaxtında təhvil verməliyik, bunu edəcəyik”.

“Report”un xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında Prezident İlham Əliyev deyib.

Onun sözlərinə görə, bütün maliyyə resursları təmin edilib, həm Azərbaycan, həm beynəlxalq banklar tərəfindən. 

“Müəyyən yubanmalar olmuşdur, onlar da aradan götürüldü. Çünki Cənub Qaz Dəhlizi həm bizim üçün, həm də Avropa üçün strateji əhəmiyyətə malik olan bir layihədir. Azərbaycan öz liderlik missiyasını uğurla icra edir. Biz bu tarixi layihəni - 7 ölkəni, qitələri birləşdirən, 3500 kilometr məsafəsi olan və dənizin altından, dağların başından keçən qaz kəmərini uğurla həyata keçiririk. “Şahdəniz-2” layihəsindən yaxın zamanlarda qaz çıxarılacaq. Onu da deməliyəm ki, Cənub Qaz Dəhlizi, yəni qaz kəməri artıq qazla təmin edilir. Bu, tarixi layihədir və ölkəmizin uğurlu, dayanıqlı inkişafı üçün əsas resurs bazasıdır”, - dövlət başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi