Azərbaycan Portuqaliyaya neft ixracını 2 dəfədən çox artırıb

Energetika
  • 21 aprel, 2025
  • 16:41
Azərbaycan Portuqaliyaya neft ixracını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Portuqaliyaya 353 min 986,48 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 189 milyon 929,36 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk rübü ilə müqayisədə 2,1 dəfə, dəyəri isə 82,4 % çoxdur.

Yanvar-mart aylarında Azərbaycandan Portuqaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 5,89 % olub.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 6 milyon 11 min 561,25 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Azərbaycandan ixrac edilən xam neftin dəyəri 3 milyard 336 milyon 653,5 min ABŞ dolları təşkil edib.

Hesabat rübündə Azərbaycan xarici ölkələrlə 12 milyard 48,87 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 6 milyard 385,9 milyon ABŞ dolları ixracın, 5 milyard 662,97 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti