Azərbaycan polipropilen ixracından gəlirini 27 % artırıb

Azərbaycan polipropilen ixracından gəlirini 27 % artırıb Bu həcmdə polipropilenin dəyəri 26,791 milyon ABŞ dolları təşkil edib
Energetika
17 Aprel , 2021 18:00
Azərbaycan polipropilen ixracından gəlirini 27 % artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 23 988 ton ilkin formalarda polipropilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 26,791 milyon ABŞ dolları təşkil edib.

Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,672 milyon ABŞ dolları (26,8 %) çoxdur və 935 ton (3,8 %) azdır.

Ötən rüb polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 5,34 %, ümumi ixracda payı isə 0,65 % olub.

Polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Orphus sistemi