Azərbaycan polipropilen ixracından gəlirini 15 % azaldıb
- 31 avqust, 2022
- 08:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin iyul ayında Azərbaycan 16 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilir.
Sənədə əsasən, bu, 2021-ci ilin iyul ayı ilə müqayisədə 1 milyon ABŞ dolalrı və ya 6,7 % çoxdur.
2022-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan 56,9 milyon ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edib ki, bu da 2021-ci ilin 7 aylıq göstərəciləri ilə müqayisədə 10 milyon ABŞ dolları və ya 14,9 % azdır.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın ümumi ixracı 22,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,7 milyard ABŞ dolları təşkil edib.
Polipropilen "SOCAR Polymer" MMC-nin illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.