Azərbaycan polietilen ixracını 21 %-dən çox artırıb

Energetika
  • 15 aprel, 2023
  • 09:48
Azərbaycan polietilen ixracını 21 %-dən çox artırıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 41 min 407,43 ton ilkin formalarda polietilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polietilenin dəyəri 42 milyon 826,17 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə bu ilin ilk üç ayında polietilen istehsalı müvafiq olaraq 21,06 % çox və 9,33 % azalıb.

2023-cü ilin birinci rübü ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,69 % olub. Hesabat dövründə ilkin formalarda polietilenin ölkənin ümumi ixracdakı payı 0,55 % olub.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 11 milyard 771 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 3 aylıq xarici ticarət dövriyyəsinin 7 milyard 741 milyon ABŞ dolları ixracın, 4 milyard 30 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Xatırladaq ki, Azərbaycanda polietilen və polipropilen "SOCAR Polymer" zavodunda istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti