Azərbaycan polietilen ixracından gəlirini 16 %-dək artırıb
- 30 sentyabr, 2022
- 08:59
Bu ilin avqust ayında Azərbaycan 8,1 milyon ABŞ dolları dəyərində xüsusi çəkisi 0,94-dən çox olan ilkin formalı polietilen ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir.
Sənədə əsasən, bu, 2021-ci ilin avqust ayı ilə müqayisədə 1,1 milyon ABŞ dolalrı və ya 15,7 % çoxdur.
Ötən ay ölkədən 10 milyon ABŞ dolları dəyərində xüsusi çəkisi 0,94-dən az olan ilkin formalı polietilen ixrac edib ki, bu da 2021-ci ilin avqust ayı ilə müqayisədə 3,2 milyon ABŞ dolalrı və ya 47,06 % çoxdur.
2022-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycan 40,2 milyon ABŞ dolları dəyərində xüsusi çəkisi 0,94-dən çox olan ilkin formalı polietilen ixrac edib ki, bu da 2021-ci ilin 8 aylıq göstərəciləri ilə müqayisədə 1,3 milyon ABŞ dolları və ya 3,3 % çoxdur.
Eyni zamanda, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 61,5 milyon ABŞ dolları dəyərində xüsusi çəkisi 0,94-dən az olan ilkin formalı polietilen ixrac edib ki, bu da 2021-ci ilin 8 aylıq göstərəciləri ilə müqayisədə 4,5 milyon ABŞ dolları və ya 6,8 % azdır.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi ixracı 26,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,9 milyard ABŞ dolları təşkil edib.
Polipropilen "SOCAR Polymer" MMC-nin illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.