Azərbaycan pambıq mahlıcı ixracından gəlirini 38% artırıb

Energetika
  • 02 aprel, 2022
  • 08:39
Azərbaycan pambıq mahlıcı ixracından gəlirini 38% artırıb

Bu ilin fevral ayında Azərbaycan 28,9 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,2% çoxdur.

2022-ci ilin yanvar-fevral aylarında isə Azərbaycan 51,1 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edib. Bu isə 2021-ci ilin 2 ayına nisbətən 37,7% çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 461,8 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 130,6 millyon ABŞ dolları və ya 39,4% artıb.

44 filmi