Azərbaycan Pakistanda LNG terminalı tikmək istəyir

Azərbaycan Pakistanda LNG terminalı tikmək istəyir Bu layihənin icrasına həmçinin Avstraliya, ABŞ, Rusiya, Qətər və Malayziya göstərir
Energetika
6 Sentyabr , 2016 14:53
Azərbaycan Pakistanda LNG terminalı tikmək istəyir

Bakı. 6 sentyabr. REPORT.AZ/ Pakistanın iki yeni LNG (maye qaz - Liquefied Natural Gas) stansiyasının oktyabrdan etibarən tikintisi üçün elan etməyi planlaşdırdığı tenderə maraq göstərən ölkələr arasında Azərbaycanın da adı yer alıb. “Report”un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunu “Pakistan LNG” dövlət müəssisəsinin rəhbəri Adnan Gilani deyib.

A.Gilaninin sözlərinə görə, illik gücü 750 min ton olacaq LNG stansiyaları ilə bağlı əsas işlər yekunlaşmaq üzrədir: “Hazırda 6 namizəd ölkə arasında seçim etmək imkanımız var. Həmin ölkələr Avstraliya, Malayziya, Rusiya, Qətər, ABŞ və Azərbaycandır. Bu ölkələrin tenderə belə maraq göstərməsi gözlədiyimizdən iki dəfə çoxdur. Tender təkliflərinin 5 və 15 il müddətinə verilməsi nəzərdə tutulur”.

A.Gilani layihənin maliyyə tərəfləri ilə bağlı heç bir açıqlama verməyib.

Xatırladaq ki, Pakistanda enerji daşıyıcıları ilə bağlı problem bu ölkənin iqtisadiyyatına böyük zərbə vurub. Baş nazir Navaz Şərifin 2018-ci il seçkilərinə qədər bu sahəni düzəltməsi üçün üzərinə böyük məsuliyyət düşdüyü açıqlanıb.

Son xəbərlər

Orphus sistemi