Azərbaycan Özbəkistan və Belarusa propilen satışını kəskin artırıb

Energetika
  • 23 noyabr, 2023
  • 13:53
Azərbaycan Özbəkistan və Belarusa propilen satışını kəskin artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici ölkələrə 70,6 milyon ABŞ dolları dəyərində 53 min 426 ton propilen göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 2,7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 67 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 50 min 599 ton (+2,8 dəfə), Belarusa 3,1 milyon ABŞ dolları dəyərində (+8 dəfə) 2 min 337 ton (+10 dəfə), Özbəkistana 488 min ABŞ dolları dəyərində (+17 dəfə) 376 ton (+19 dəfə) və Türkiyəyə 82,65 min ABŞ dolları dəyərində (-96 %) 113,75 ton (-93 %) məhsul satıb.

2022-ci ildə Azərbaycandan (7 ölkəyə) ixrac edilən 34,9 min ton propilenin 90,5 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə