Azərbaycan ötən il “Premium Euro-95” benzininin idxalını cüzi artırıb
- 14 fevral, 2025
- 14:42
Azərbaycana 2024-cü ildə “Premium Euro-95” markalı avtomobil benzininin idxalı 86 min 269,95 ton təşkil edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir. Bu, 2023-cü ilin göstəricisindən 0,3 % çoxdur.
Məlumata görə, hesabat ilində idxal edilən “Premium Euro-95” benzininin dəyəri 80 milyon 140,3 min ABŞ dolları (-3,7 %) təşkil edib.
İdxalın strukturunda 28 milyon 285,95 ABŞ dolları (+38,6 %) dəyərində 30 min 37,95 ton benzin (+39,3 %) və ya bütün tədarükün 34,8 %-i Belarusun payına düşüb.
Tədarükçülərin ilk üçlüyündə həmçinin Rumıniya (20 milyon 908,1 min ABŞ dolları dəyərində 23 min 769,34 ton) və Rusiya (19 milyon 48,69 min ABŞ dolları dəyərində 21 min 32,98 ton) yer alıb.
Tədarükün qalan həcmi - 7 milyon 122,06 min ABŞ dolları dəyərində 6 min 585,27 ton benzin Yunanıstanın, 4 milyon 78,05 min ABŞ dolları dəyərində 4 min 61,64 ton benzin Bolqarıstanın, 697,45 min ABŞ dolları dəyərində 782,77 ton benzin isə BƏƏ-nin payına düşüb.
Statistik məlumatlara görə, 2024-cü ildə Azərbaycana 2 milyon 596,44 min ABŞ dolları dəyərində (+5,9 %) 2 min 117,82 ton "Super Euro-98" markalı benzin (+4,3 %) idxal edilib. İdxalın strukturunda 337,27 min ABŞ dolları dəyərində 275,1 ton benzin Belarusun, 986,6 min ABŞ dolları dəyərində 804,73 ton benzin Bolqarıstanın, 1 milyon 272,57 ABŞ dolları dəyərində 1 min 37,98 ton benzin isə Rumıniyanın payına düşüb.
Xatırladaq ki, Azərbaycana "Premium Euro-95" və "Super Euro-98" markalı avtomobil benzini 2014-cü il aprelin 1-dən idxal edilir.