Azərbaycan ötən il neft məhsullarının ixracını 22% artırıb

Azərbaycan ötən il neft məhsullarının ixracını 22% artırıb Bakı. 17 yanvar. REPORT.AZ/ 2018-ci il ərzində Azərbaycan 1,015 mln. ton həcmində neft məhsulları ixrac edib.
Energetika
17 Yanvar , 2019 18:01
Azərbaycan ötən il neft məhsullarının ixracını 22% artırıb

Bakı. 17 yanvar. REPORT.AZ/ 2018-ci il ərzində Azərbaycan 1,015 mln. ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu miqdarda neft məhsullarının dəyəri 520,600 mln. ABŞ dolları təşkil edib.

Neft məhsulları Azərbaycanın 2018-ci ildəki ümumi ixracında 2,68% pay tutub.

Ötən il ixrac edilən neft məhsullarının miqdarı 2017-ci ildən 21,5%, dəyəri isə 53,5% çox olub.

Son xəbərlər

Orphus sistemi