Azərbaycan ötən il Gürcüstanın elektrik enerjisi tələbatının 30%-ni təmin edib

Energetika
  • 18 yanvar, 2022
  • 15:04
Azərbaycan ötən il Gürcüstanın elektrik enerjisi tələbatının 30%-ni təmin edib

Ötən il Gürcüstan Azərbaycandan 600,1 milyon kilovatt/saat həcmində elektrik enerjisi tədarük edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Sənədə əsasən, 2020-ci illə müqayisədə həcmdə 17,3 % azalma qeydə alınıb.

Hesabat ilində Gürcüstan ümumilikdə 2006,2 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib ki, bunun da 30 %-ni Azərbaycan təmin edib.

2021-ci ildə qonşu ölkənin əsas elektrik enerjisi tədarükçüsü Rusiya (1244,9 milyon kilovatt/saat) olub. Gürcüstanın Türkiyədən aldığı elektrik enerjisinin həcmi isə 161,2 milyon kilovatt/saata bərabər olub.

44 filmi