Azərbaycan ötən il 6,5 mlrd. dollarlıq xam neft ixrac edib

Azərbaycan ötən il 6,5 mlrd. dollarlıq xam neft ixrac edib 2016-cı ildə 21 mln. ton neft ixrac olunub
Energetika
19 Yanvar , 2017 12:36
Azərbaycan ötən il  6,5 mlrd. dollarlıq xam neft ixrac edib

Bakı. 19 yanvar. REPORT.AZ/ 2016-cı ildə gömrük bəyannamələrinə əsasən Azərbaycandan 20,901 mln. ton həcmində xam neft ixrac olunub.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac neftinin dəyəri 6,505 mlrd. dollar təşkil edib.

Ötən il ixrac edilən xam neftin miqdarı 2015-ci illə müqayisədə 4,8%, dəyəri isə 26,6% az olub.

2016-cı ildə xam neft ixracı ümumi ixracın 71,14%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi