Azərbaycan ötən il 23 milyon tondan çox neft ixrac edib
- 22 yanvar, 2025
- 05:34
2024-cü ildə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 23 milyon 596 min 132,23 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Azərbaycandan ixrac edilən xam neftin dəyəri 14 milyard 437 milyon 355,99 min ABŞ dolları təşkil edib.
İxrac edilən xam neftin həcmi 2023-cü illə müqayisədə 9,4 %, dəyəri isə 11,1 % azdır.
Ötən il Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 54,37 % olub.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 26 milyard 554,1 milyon ABŞ dolları ixracın, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 21,7 % azalıb, idxal isə 21,8 % artıb.