Azərbaycan ötən ay Gürcüstanın yanacaq və sürtkü yağları aldığı əsas bazarlardan olub

Energetika
  • 20 fevral, 2024
  • 07:50
Azərbaycan ötən ay Gürcüstanın yanacaq və sürtkü yağları aldığı əsas bazarlardan olub

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 40 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 30 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağları tədarük edən 40 ölkə sırasında 2-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 156 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 14 % azdır. O cümlədən, Gürcüstan Rusiyadan 75 milyon ABŞ dolları, Rumıniyadan 10,8 milyon ABŞ dolları, Bolqarıstandan 9,5 milyon ABŞ dolları, Türkiyədən 8,1 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,7 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 0,4 milyard ABŞ dolları Azərbaycanın payına düşüb.