Nazir: Azərbaycan OPEC+ razılaşmasının eyni şərtlərlə uzadılması tərəfdarıdır

Nazir: Azərbaycan OPEC+ razılaşmasının eyni şərtlərlə uzadılması tərəfdarıdır Azərbaycan Energetika naziri Pərviz Şahbazov hesab edir ki, neft hasilatının azaldılması ilə bağlı OPEC+ razılaşmasını eyni şərtlərlə uzatmaq məqsədəuyğun olar.
Energetika
24 İyun , 2019 12:31
Nazir: Azərbaycan OPEC+ razılaşmasının eyni şərtlərlə uzadılması tərəfdarıdır

Azərbaycan Energetika naziri Pərviz Şahbazov hesab edir ki, neft hasilatının azaldılması ilə bağlı OPEC+ razılaşmasını eyni şərtlərlə uzatmaq məqsədəuyğun olar.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə nazir Sankt-Peterburqda Dünya Neft Şurasının gələcək liderlərinin forumunda jurnalistlərə bildirib.

“Hesab edirəm ki, ilin I yarısı üçün razılaşdırılan format, qərar davam etməlidir. Bu, minimum proqramdır. Əgər heç nə baş verməsə, həmin rejimi (formatı) davam etdirmək doğru olardı”.

Nazirin sözlərinə görə,  bunun üçün heç bir maneə yoxdur, amma iyulun 1-2-də müvafiq qərarların verilməsi gözlənilən OPEC+ iclasını gözləmək lazımdır: “Hələ ki, heç bir çətinlik görmürəm. Kiminsə əks mövqedə olduğu mənə məlum deyil. Hesab edirəm ki, konsensus var, amma iclasda daha çox məlumat alacağıq. Bizim son aylarda bazarın baş verən iqtisadi və siyasi xarakterli hadisələrə necə reaksiya verdiyini analiz etmək imkanımız olacaq".

Nazir əlavə edib ki, Azərbaycan I yarımilin yekunları üzrə öhdəliyə əməl edəcək.

Hazırda Azərbaycan kvotaya uyğun olaraq gündəlik hasilatı 20 min barel azaldıb.

Son xəbərlər

Orphus sistemi