Bakı. 4 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında Azərbaycanın enerji sistemində 2 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% çoxdur. Bu barədə "Report“a "Azərenerji” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.
Məlumata görə, cari ilin 11 ayı ərzində isə ölkədə 20,5 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2% çoxdur.