Azərbaycan neftinin qiyməti yenidən 91 dolları keçib
Energetika
- 26 yanvar, 2022
- 06:19
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,06 ABŞ dolları, yaxud 2,31 % artaraq 91,16 ABŞ dollarına çatıb.
Bu barədə “Report”a neft bazarındakı mənbə məlumat verib.
Ötən həftənin sonu “Brent” markalı neftin bir bareli 87,84 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
02:18
Abbas Əraqçi: Siyasi böhranın hərbi həlli yoxdur
Region01:52
Uolts: ABŞ və müttəfiqləri İranla bağlı BMT TŞ-nin qətnamə layihəsini hazırlayacaq
Digər ölkələr01:27
"Mançester Siti" çempionluq uğrunda "Arsenal"la mübarizədə xal itirib
Futbol01:16
Sahil Babayev ADB ilə CAREC vasitəsilə regional əlaqəliliyin təşviqində Azərbaycanın strateji rolunu müzakirə edib
İnfrastruktur01:05
Ağ Evin yaxınlığında atışma baş verib, xəsarət alan var
Digər ölkələr00:55
Tramp Cənubi Koreyanı ABŞ-nin Hörmüz boğazındakı missiyasına qoşulmağa çağırıb
Digər ölkələr00:24
İran BƏƏ-dəki yanğınları "ABŞ avantürasının birbaşa nəticəsi" adlandırıb - YENİLƏNİB
Region00:12
Zelenski mayın 5-dən 6-na keçən gecə atəşkəsin tətbiq edildiyini elan edib
Digər ölkələr00:00