Azərbaycan neftinin qiyməti yenidən 100 dollara yaxınlaşır
Energetika
- 22 fevral, 2022
- 06:16
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,45 ABŞ dolları, yaxud 1,48 % artaraq 99,34 ABŞ dollarına çatıb.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 92,22 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
04:57
Tailand Kralı Nümayəndələr Palatasını buraxıb
Digər ölkələr04:29
"Reuters": Avropa Komissiyası 150 milyard avro məbləğində ikinci hərbi investisiya proqramı hazırlayır
Digər ölkələr03:58
Tramp ABŞ-nin təhlükəsizlik təminatları ilə bağlı Ukraynaya kömək etməyə hazır olduğunu deyib
Digər ölkələr03:50
Rumıniyada cüzam xəstəliyi aşkarlanıb
Digər ölkələr03:43
Tramp: ABŞ dekabrın 13-də Avropada Ukrayna ilə bağlı görüşdə iştirak edə bilər
Digər ölkələr03:37
Tramp: ABŞ Rusiya və Çinlə nüvəsizləşdirmə ilə bağlı danışıqlar aparır
Digər ölkələr03:27
Konqresin aşağı palatası Trampın impiçmenti cəhdini rədd edib
Digər ölkələr03:01
Peruda avtobus qəzasında səkkiz nəfər ölüb
Digər ölkələr02:43