Azərbaycan neftinin qiyməti sabit qalıb

Azərbaycan neftinin qiyməti sabit qalıb Qiymətin dəyişməməsi Qərb ölkələrində Milad bayramının qeyd olunması ilə bağlıdır
Energetika
28 Dekabr , 2016 09:32
Azərbaycan neftinin qiyməti sabit qalıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti dəyişməyib.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti ötən həftənin sonu və dünən olduğu kimi 55,42 dollara bərabər olub.

Qeyd edək ki, neftin qiymətinin sabit qalmasına səbəb bir sıra ölkələrdə Milad bayramı ilə əlaqədar birjaların işləməmisidir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi