Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb

Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb "Azeri Light" 0,17% azalma göstərib
Energetika
11 Mart , 2017 11:25
Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,09 dollar və yaxud 0,17% azalıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 52,98 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi