Azərbaycan nefti cüzi ucuzlaşıb
Energetika
- 14 iyun, 2022
- 05:08
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,16 ABŞ dolları, yaxud 0,12 % azalaraq 128,77 ABŞ dolları təşkil edib.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri 122,02 ABŞ dollardan satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
07:20
Kim Çen İn nüvə materiallarının istehsalı üzrə yeni zavoda baş çəkib
Digər ölkələr06:54
"Bitkoin"in qiyməti 62 min dollardan aşağı düşüb
Maliyyə06:28
ABŞ yenidən Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirib
Digər ölkələr05:43
WSJ: Tramp yalnız ABŞ hərbçiləri həlak olacağı halda, İranla sazişdən imtina edəcək
Digər ölkələr05:24
"Hizbullah" İsrail və Livanın razılaşması fonunda tərk-silah olmayacağını açıqlayıb
Digər ölkələr04:51
ABŞ Rusiya mallarına 500 % gömrük rüsumu tətbiq etməyi planlaşdırır
Digər ölkələr04:15
Almaniya, Fransa və Britaniya Ukrayna ilə Rusiya arasında danışıqların başladılmasını müzakirə edir
Digər ölkələr03:34
ABŞ Dövlət Departamenti: İsrail və Livan atəşkəs barədə razılığa gəlib
Digər ölkələr03:11