​Azərbaycan neftinin qiyməti artıb

​Azərbaycan neftinin qiyməti artıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 38,20 dollara bərabərdir
Energetika
19 Dekabr , 2015 11:33
​Azərbaycan neftinin qiyməti artıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,44 dollar yaxud 1,17% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 38,20 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

İngilis versiyası Azeri oil price went up

Son xəbərlər

Orphus sistemi