Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
Energetika
- 13 yanvar, 2022
- 06:22
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,57 ABŞ dolları, yaxud 1,8 % artaraq 88,45 ABŞ dollara çatıb.
Bu barədə “Report”a neft bazarındakı mənbə məlumat verib.
Ötən gün “Brent” markalı neftin bir bareli 84,47 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Son xəbərlər
05:43
Bakı-Quba yolunda yük maşınının vurduğu şəxs ölüb
Hadisə05:31
Tramp bəyan edib ki, ABŞ İrandan sonra Kuba ilə "məşğul olacaq"
Digər ölkələr05:06
CENTCOM rəhbəri İrana qarşı hərbi əməliyyatın gedişatını qiymətləndirib
Digər ölkələr04:51
Türkiyəli deputat: Naxçıvanda mülki infrastrukturun hədəfə alınması beynəlxalq hüquqa açıq hücumdur
Region04:22
Rəsmi Əbu-Dabi: İranın Azərbaycan ərazisini hədəfə alması dövlət suverenliyinin pozulmasıdır
Xarici siyasət04:05
Hindistan HHQ-nin radarlardan itmiş qırıcısı qəzaya uğrayıb - YENİLƏNİB
Digər ölkələr03:38
Tramp İranın raket potensialının əhəmiyyətli hissəsinin məhv edildiyini bildirib
Digər ölkələr03:09
ABŞ Senatı DTN-in maliyyələşdirilməsi layihəsini yenə dəstəkləməyib
Digər ölkələr02:51