Azərbaycan neftinin qiyməti 84 dolları keçib

Azərbaycan neftinin qiyməti 84 dolları keçib ​​​​​​​Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,78 ABŞ dolları, yaxud 0,93 % artaraq 84,15 ABŞ dolları təşkil edib
Energetika
22 İyul , 2023 09:24
Azərbaycan neftinin qiyməti 84 dolları keçib

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,78 ABŞ dolları, yaxud 0,93 % artaraq 84,15 ABŞ dolları təşkil edib.

Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçersləri 80,89 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Son xəbərlər

Orphus sistemi